İspaniyalı futbolçu qeyri-adi səbəbdən avrokubok oyununu buraxacaq

İDMAN
17:47 21.09.2023
213
Avstriyanın "Şturm” klubunun yarımmüdafiəçisi Xavier Serrano məşq zamanı arı udduğu üçün Avropa Liqasının qrup mərhələsinin I turunda Portuqaliya "Sportinq”i ilə oyunu buraxacaq.

Futbolçu üzləşdiyi hadisə səbəbindən xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib və ciddi problem aşkarlanmayıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Şturm” - "Sportinq” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Serrano Avstriya çempionatının cari mövsümündə üç matçda meydana çıxıb.
OXŞAR XƏBƏRLƏR