Braziliya millisinin sabiq futbolçusu Ronaldo dünən keçirilən Braziliya - İspaniya matçı haqda danışıb. Ronaldo Braziliyanın İspaniyaya futbol dərsi keçdiyini bildirib: "Bu oyunu çoxdan gözləyirdim. İnyesta və Xavi kimi futbolçulara malik komandaya qarşı əla oynadıq. İspaniyaya futbol dərsi keçdik. Neymar və Fred əla oynadılar".