İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 38 min 193-ə çatıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstin Səhiyyə Nazirliyi paylaşıb.
İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 qırğın həyata keçirdiyi və bu hücumlarda daha 40 fələstinlinin həyatını itirdiyi, 75 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 38 min 193-ə, yaralıların sayı isə 87 min 903-ə yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri səbəbindən cəsədlərə çata bilinmədiyi də deyilib.
Mikayıl