İsrailin hücumlarında Qəzzada dövlət agentliyinin binasının hədəf alınmasına görə Belçika sərt reaksiya verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Naziri Hadja Lahbib Qəzzada Belçika Federal İnkişaf Agentliyinə (Enabel) aid binanın İsrailin hücumlarında hədəf alındığını və tamamilə dağıdıldığını bildirib.
Lahbib X sosial media hesabında etdiyi paylaşımda İsrailin Brüsseldəki səfiri İdit Rosenzweig-Abu-nu Xarici İşlər Nazirliyinə çağırdığını bildirib.
Səfirə Enabel binasının sökülməsini "qətiyyətlə qınadıqlarını" ifadə edən Lahbib "Mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquq prinsiplərini pozur. Bütün tərəflər buna əməl etməlidir", - deyərək etiraz edib.
Mikayıl