İsrail Müdafiə Qüvvələri gecə saatlarında Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Ramlet əl-Beyda sahil ərazisinə hava zərbəsi endirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində 8 nəfər həyatını itirib.
Rəsmilərin bildirdiyinə görə, hadisə gecə saatlarında baş verib və hücum paytaxtın cənub hissəsini hədəf alıb. Livan Səhiyyə Nazirliyi zərbə nəticəsində daha 21 nəfərin yaralandığını açıqlayıb.
Qeyd edək ki, İsrail ordusunun martın 2-dən etibarən Livan ərazisinə hücumları davam edir.
Son zərbə Beyrutun sahil bölgələrindən biri olan Ramlet əl-Beyda ərazisində qeydə alınıb. Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı bildirilir.
Gülay










































