İsrail bu ölkəyə xəbərdarlıq etdi - “Daxili işlərimizə qarışmayın”

İsrail bu ölkəyə xəbərdarlıq etdi - “Daxili işlərimizə qarışmayın”
DÜNYA
15:57 01.08.2023
228
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ və digər ölkələrin İsrailin daxili işlərinə qarışmamalı olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, "Fox News”  kanalına müsahibə verən Netanyahu İsraildəki məhkəmə islahatlarına beynəlxalq reaksiyaları dəyərləndirib.

Netanyahu 16 illik hakimiyyəti dövründə digər demokratik ölkələrin daxili işləri ilə bağlı şərh vermədiyini müdafiə edib. 

Baş nazir İsrail haqqında hər kəsin bir fikri olduğunu, Fransadakı etirazlar və ya digər ölkələrdə baş verənlər haqqında heç bir fikir söylənilmədiyini deyib.

B. Netanyahu beynəlxalq təzyiqlərdən təsirlənməyəcəklərini də ifadə edib.

Şəbnəm
OXŞAR XƏBƏRLƏR