İsrail Qəzzada döyüşmək müqabilində Afrikadan gələn mühacirlərin ölkəyə girməsini qəbul edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Haaretz" qəzeti yazıb.
Adının açıqlanmasını istəməyən təhlükəsizlik rəsmiləri sözügedən planın ordunun hüquq müşavirlərinin rəhbərliyi altında mütəşəkkil şəkildə həyata keçirildiyini vurğulayıblar.
Rəsmilər Qəzzaya hücuma kömək edən qaçqınlara status verilməsi üçün bəzi tələblərin olduğunu, lakin indiyədək onların heç birinə heç bir status verilmədiyini bildirib.
Hazırda İsraildə əksəriyyəti gənc kişi olmaqla təxminən 30 min afrikalı qaçqın olduğu halda, onlardan təxminən 3500-ü İsrail hakimiyyətinin sığınacaq müraciətlərinə baxmadığı və ya qərar vermədiyi üçün məhkəmə tərəfindən müvəqqəti status almış Sudan vətəndaşıdır.
Mikayıl