İsrail ordusu 4 yeni Saar 6 sinif döyüş gəmisinin ilk dəfə olaraq Qırmızı dənizə göndərildiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada, İsrail donanmasının əməliyyat fəaliyyətlərində iştirak etmək üçün ilk dəfə 4 yeni Saar 6 sinif döyüş gəmisinin Qırmızı dənizə yola düşdüyü bildirilib.
Təkmil döyüş sistemlərinə malik gəmilərin HƏMAS-ın dəniz gücünü hədəf alan donanmaya töhfə verəcəyi bildirilib.
İsrailin bölgəyə yeni döyüş gəmiləri göndərmə hərəkəti Yəməndəki husilərin Qırmızı dənizdəki gəmiləri İsrailə getməmələri barədə xəbərdar etməsindən və Bab əl-Məndəb boğazında Norveç bayraqlı "STRında” ticarət tankerini raketlə hədəfə almasından sonra baş verib.
Günel