İsrail HƏMAS ilə əsir mübadiləsi razılaşması çərçivəsində 200 fələstinli məhbusu azad edəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu HƏMAS rəsmisi Nahid əl-Fahuri deyib.
Məlumata görə, HƏMAS-la İsrail arasında atəşkəs və əsir mübadiləsi razılaşmasının ikinci mərhələsi yanvarın 25-də başlayacaq.
Fahuri qeyd edib ki, tərəflərin sərbəst buraxılacaq məhbusların siyahılarını qarşılıqlı olaraq paylaşacağını, mübadilə prosesinin yanvarın 26-da başa çatdırılması planlaşdırılıb.
Razılaşmaya əsasən, hər İsrail əsgəri üçün 50 fələstinli azad ediləcək.
Qeyd edək ki, yanvarın 15-də Qətərin vasitəçiliyi ilə atəşkəs razılaşması elan edilib.
Birinci mərhələdə HƏMAS üç israilli qadını azad edib, İsrail tərəfi isə 90 fələstinlini təxliyə edib.
Mikayıl