İsrail ordusu Qəzzadakı xəstəxananı vuran raketin məhz Qəzza ərazisindən atıldığını isbatlamaq məqsədilə xəritə yayımlayıb.
AZXEBER.COM xəbər verir ki, İsrail ordusu Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasının İslami Cihad tərəfindən vurulduğunu iddia edib və bunu sübut etdiyini iddia etdiyi radar xəritəsini paylaşıb.
Ordu sözçüsü Daniel Hagari də hücumdan sonra xəstəxananın ətrafında İsrail təyyarələrinin olmadığını iddia edib.
O, həmçinin bildirib ki, İsrail ordusunda fələstinli qruplar arasında uğursuz raket atışı ilə bağlı müzakirənin səs yazısı var.
Ayşən