İsrail əsgəri: ABŞ olmasaydı Qəzza müharibəsi bir neçə aydan çox çəkməzdi

DÜNYA
10:31 04.09.2024
140
İsraildə nəşr olunan "Haaretz” qəzeti İsrail Hərbi Hava Qüvvələrinin yüksək rütbəli rəsmisi ilə görüşərək ABŞ-ın Qəzza müharibəsindəki rolunu açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, adının və vəzifəsinin açıqlanmaması şərti ilə danışan əsgər, ABŞ-nın yardımı olmasaydı, İsrailin Qəzzaya qarşı müharibəni bir neçə aydan çox davam etdirə bilməyəcəyini söyləyib.

O, bəyan edib ki, xüsusən də hava qüvvələri Vaşinqtonun köməyi olmadan çox çətin vəziyyətdə olacaqlar.

Mənbə həmçinin İsrail Hərbi Hava Qüvvələrinin ABŞ başda olmaqla digər ölkələrdən asılılığını azaltmaq üçün bomba, raket və digər silahların istehsalını artırmaq üçün hərəkətə keçdiyini bildirib.
 
Nəticə vermək üçün istifadə etdiyi texnikanın çoxunun ABŞ hərbi yardımından gəldiyini də onun sayəsində İsrailə apardığını ifadə edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR