Fələstin Məhbuslar Dərnəyi İsrail əsgərlərinin fələstinlilərə qarşı artan basqınları və həbsləri ilə bağlı məlumat verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail əsgərlərinin dünən axşam saatlarından etibarən İordan çayının qərb sahilindəki Hebron, Beytüllahim, Tubas və Nablus şəhərlərinə təşkil etdiyi basqınlarda 10 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Basqın zamanı İsrail qüvvələri həbsdə olan fələstinlilərin və onların ailələrinin evlərinə ziyan vurub.
Qeyd edək ki, İsrail oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 10 min 200 fələstinlini həbs edib.
Gülay