İsrail əsgərləri əməliyyat keçirdi - 20 fələstinlini tutuldu

İsrail əsgərləri əməliyyat keçirdi - 20 fələstinlini tutuldu
DÜNYA
14:03 16.07.2024
139
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində son 24 saat ərzində ən azı 20 fələstinlini nəzarətə götürüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.

Bildirilib ki, İsrail ordusu son 24 saat ərzində İordan çayının qərb sahilinin Ramallah, Beytüllahim, Hebron, Tulkərim və Nablus şəhərlərində ən azı 20 fələstinlini saxlayıb.

Saxlanılanlar arasında əvvəllər azadlığa buraxılanların da olduğu bildirilib.

Qeyd edək ki, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayının 9 min 690-a yüksəldiyi bildirilib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR