İsrail etiraf etdi: Qadağan olunmuş ağ fosfordan istifadə edib

İsrail etiraf etdi: Qadağan olunmuş ağ fosfordan istifadə edib
DÜNYA
11:01 12.12.2023
147
İsrail ordusu qadağan olunmuş ağ fosfor ehtiva edən bombalara sahib olduğunu etiraf edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun radiosunda bəyanat Ağ Evin Livanın cənubundakı hücumlarda bu cür yandırıcı materiallardan istifadə edilməsi ilə bağlı narahatlığını ifadə etməsindən sonra verilib.
 
Açıqlamada "Bizim ağ fosfor ehtiva edən, kamuflyaj məqsədi ilə hazırlanmış, hücum və ya yanğın törətmək məqsədi daşımayan tüstü bombalarımız var", - deyə bildirilib.

Bəyanatda İsrail ordusunun bir çox Qərb ordusu kimi beynəlxalq hüquqa görə qanuni olan ağ fosfor ehtiva edən tüstü bombalarına sahib olduğu qeyd edilərək, bunların qanuni olaraq yandırıcı silah olaraq təyin olunmadığı iddia edilib.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirilən mətbuat konfransında İsrailin Qəzzada ağ fosfor bombası istifadə etməsi xəbərindən narahat olduqlarına diqqət çəkərək, bunun hərbi məqsədlər üçün istifadə oluna biləcəyini, ancaq bunun minimuma endirilməsi üçün hər şeyin edilməsi lazım olduğunu bildirib.

ABŞ-ın ağ fosfor kimi maddələrin qanuni məqsədlər üçün və beynəlxalq humanitar hüquqa tam uyğun istifadə ediləcəyi ümidi ilə başqa bir orduya verdiyini deyən Miller bu hadisəni də araşdırdıqlarını bildirib.
 
BMT sözçüsü Stephane Dujarric xüsusilə sıx məskunlaşan ərazilərdə ağ fosfor kimi silahların istifadəsindən ciddi narahat olduqlarını bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR