Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, siyasi şərhçi Elçin Mirzəbəyli İsrail-Fələstin müharibəsi genişlənərsə dünya ölkələrini gözləyən təhlükəni şərh edərkən deyib.
Politoloq bildirib ki, Livan ərazisindən gerçəkləşdirilən hücum "Həmas” və "Hizbullah” terror təşkilatı tərəfindən həyata keçirilib:
"İsrail ərazisinin Livandan ətəşə tutulması və buna qarşılıq verilməsi, başqa bir dövlətin – Livanın ərazisindən həyata keçirilsə də, bu xarici müdaxilə hesab olunmur. Çünki Livan ərazisindən gerçəkləşdirilən hücum "Həmas” və "Hizbullah” terror təşkilatı tərəfindən həyata keçirilib və onlar İsrail-Fələstin qarşıdurmalarının ənənəvi iştitakçılarıdır. Lakin əgər İsrail və müttəfiqləri bölgədəki terror təşkilatlarının və kənardan idarə olunan silahlı qrupların maliyyələşdirilməsində və təlimatlandırılmasında birbaşa, eləcə də dolayısıyla iştirak edən ölkələrin hərbi potensialına zərbə vurmaq qərarına gələrlərsə, o zaman müharibənin arealı bütün Yaxın Şərqi, Ərəbistan yarımadasını və Ön Asiyanı bürüyə bilər.
Siyasi şərhçi bu müharibənin 3-cü dünya müharibəsinə çevriləcəyinə inanmadığını deyib:
"Hətta belə bir inkişaf ssenarisində belə üçüncü dünya müharibəsinin baş verəcəyini söyləmək çox çətindir. Çünki "dünya müharibəsi” planetar hərbi qarşıdurma deməkdir. Yəni, böyük koalisiyaların, ayrı-ayrı dövlətlərin hərbi-siyasi ittifaqların dünyanın bir çox dövlətlərinin maraqlarına toxunan, mühüm siyasi və iqtisadi məqsədlərin həyata keçirildiyi, beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərə gətirib çıxara bilən qarşıdurma...
Bu baxımdan, hazırda İsrail-Fələstin müharibəsinin, hətta arealı müəyyən qədər genişlənsə də belə üçüncü dünya müharibəsinə yol açacağını söyləmək mümkün deyil".
Günel Hüseynli