İsrail Fələstində daha bir əcnəbi tələbəni öldürdü

İsrail Fələstində daha bir əcnəbi tələbəni öldürdü
DÜNYA
12:57 15.12.2023
189
İsraildə HƏMAS tərəfindən girov götürüldüyü bildirilən tanzaniyalı tələbənin öldürüldüyü təsdiqlənib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Tanzaniyanın xarici işlər naziri Canyuari Makambanın məlumatına görə, Molleli girov götürüldükdən dərhal sonra öldürülüb. 

Hücum zamanı tələbə yoldaşı Klemens Feliks Mtenqa da həlak olub. 

Nazir əlavə edib ki, Joshuanın atası Loitu Mollelə oğlunun ölümü barədə məlumat verilib. 

"Biz cənab Molleli, başqa bir ailə üzvü və hökumət rəsmisini İsrailə aparmağı planlaşdırırıq ki, məsələ ilə bağlı daha çox məlumat əldə edək” – deyə nazir Makamba X səhifəsində yazıb. 

Qeyd edək ki, Mollelin ailəsi hələlik məsələ ilə bağlı heç nə danışmayıb. 

Oksana
OXŞAR XƏBƏRLƏR