İsrail HƏMAS-a hərbi təzyiqi davam etdirəcək

İsrail HƏMAS-a hərbi təzyiqi davam etdirəcək
DÜNYA
21:39 26.05.2025
806
Fələstinin HƏMAS hərəkatının irəli sürdüyü şərtlər qəbuledilməzdir və İsrail radikallara qarşı hərbi təzyiqlərini davam etdirəcək.

Bu barədə TASS-a İsrailin siyasi sistemindəki mənbə bildirib.

"İsrail oğurlananların geri qaytarılması ilə bağlı vasitəçilərlə intensiv danışıqlar aparır. HƏMAS-ın irəli sürdüyü şərtlər ölkəmiz üçün qəbuledilməzdir və biz bir ildən artıqdır hökumətin təsdiq etdiyi bütün məqsədlər reallaşana qədər terrorçulara hərbi təzyiq göstərməyə davam edəcəyik”, - agentliyin mənbəsi deyib.
 
/Report
OXŞAR XƏBƏRLƏR