İsrail HƏMAS terrorçularının körpələri və ailələri qətlə yetirməsinin dəhşətli montaj edilməmiş görüntülərini yayımlayıb.
AZXEBER.COM "The Sun” nəşrinə istinadan xəbər verir ki, görüntülər seçilmiş bir qrup beynəlxalq jurnalistə təqdim olunub. Məlumatda deyilir:
"45 dəqiqəlik çarxda olan kadrlar o qədər dəhşətli idi ki, onları izləyən təcrübəli müharibə müxbirləri belə göz yaşlarını saxlaya bilməyiblər”.
İsrail bildirir ki, Qəzzada azı 222 nəfər girov saxlanılıb.HƏMAS-ın əsas müzakirəçisi Xalid Meşel "Sky News”a verdiyi müsahibədə bildirib ki, İsrail Qəzzanı bombardman etməyin intensivliyini azaltsa, Qəzzada əsir saxlanılan qrup azad ediləcək.
Aysel