Fələstinin HƏMAS hərəkatının Livandakı qərargahının rəhbəri Fəth Şərif Əbu əl-Əmin İsrailin respublikanın cənubunda endirdiyi zərbə nəticəsində həlak olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında yerləşdirilmiş mesajda deyilir.
Hücumun Tire şəhəri yaxınlığında fələstinli qaçqınlar üçün El-Bass düşərgəsində yerləşən Əbu əl-Əminin evinin hədəf alındığı iddia edilir.