İsrail HƏMAS-ın Qəzzanın cənubundakı hərbi kəşfiyyat rəhbərini öldürüb

İsrail HƏMAS-ın Qəzzanın cənubundakı hərbi kəşfiyyat rəhbərini öldürüb
DÜNYA
10:10 22.03.2025
139

İsrail Müdafiə Qüvvələri (İMQ) HƏMAS hərəkatının Qəzza zolağının cənubundakı hərbi kəşfiyyat rəhbəri Usama Tabaşı öldürüb.

"Report" xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri zərbə ilə Qəzzanın cənubunda HƏMAS-ın hərbi kəşfiyyat rəhbəri və HƏMAS-ın müşahidə və atəş korreksiyası bölməsinin rəhbəri olan terrorçu Usama Tabaşı məhv edib”, – bəyanatda deyilir.

"Tabaş HƏMAS-ın yüksəkrütbəli terrorçusu idi və terror təşkilatı üçün əməliyyat biliklərinin mühüm mənbəyi idi, həmçinin Xan-Yunis briqadasında tabor komandiri vəzifəsi də daxil olmaqla, HƏMAS-da müxtəlif rəhbər vəzifələr tutub”, – mətbuat xidməti əlavə edib.

Ordu qeyd edib ki, Tabaşın öldürülməsi "HƏMAS-ın kəşfiyyat məlumatlarının toplanması və qoşunlara zərər vurma imkanlarını azaldır”.

OXŞAR XƏBƏRLƏR