Yaxın Şərqdəki savaşın gizli məqamları - "İranın hədəfində bu dəfə..."

Yaxın Şərqdəki savaşın gizli məqamları - "İranın hədəfində bu dəfə..."
SİYASƏT
13:23 09.10.2023
1292
Xəbər verdiyimiz kimi, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrailə raket hücumları başlayıb. Eyni zamanda silahlı qruplar yəhudi dövlətinin ərazisinə daxil olub. Ordu "müharibə hazırlığı vəziyyəti" elan edib və tezliklə cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Tərəflər arasındakı mübarizə getdikcə şiddətlənməyə davam edir. Bəs, İsrail-Fələstin müharibəsinin gedişatı necə olacaq? Yaxın Şərqdə mövqelər necə dəyişəcək?
 

 
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Elxan Şahinoğlu bu hadisələrin Cənubi Qafqaza da təsir edəcəyini qeyd edib: 
 
"Yaxın Şərqdə baş verən son qanlı hadisələrin bölgəyə sıçraması ehtimalı böyükdür. Çünki burada müxtəlif böyük dövlətlərin maraqları kəsişir. Necə ki, Suriyada 10 il qabaq savaş başladı. Burada da böyük dövlətlərin maraqları kəsişirdi. Hazırda daha təhlükəli vəziyyət yaranıb. İsrail bu terror hücumunun qarşılığında Qəzza bölgəsini bombalayır. İndi beynəlxalq aləmdə də ikitirəlik yaranıb. Qərb ölkələri İsraili dəstəkləyərkən, digər ölkələr o cümlədən Türkiyə, Rusiya, Çin hər iki tərəfi savaşı dayandırmağa çağırır. Hətda Fələstinə dəstək ifadə edən fikirlər də var. Onu da xüsusi qeyd etmək lazımdır ki, İran və Suriya birmənalı şəkildə HƏMAS-ın son hücumlarını dəstəkləyir".
 
Təhlükəli vəziyyətin Avrasiya qitəsinə sıçrama ehtimalının olduğunu deyən politoloq, bunun Cənubi Qafqaza da müəyyən təsirinin olacağını bildirib: "Hazırda elə bir təhlükəli vəziyyət yaranıb ki, bunun da Avrasiya qitəsinə sıçrama ehtimalı var. Artıq Livandanda atəş səsləri eşidilir.  Hadisələrin Cənubi Qafqaza müəyyən təsirləri ola bilər. Çünki İsrail Azərbaycanın tərəfdaşıdır".
 

İranın İsrail və tərəfdaşlarını hədəfə aldığını deyən Elxan Şahinoğlu bu ölkənin Azərbaycana qarşı da təxribatçı fikirlər səsləndirdiyini bildirib:
 
"İşin içində İran varsa, tək İsraili deyil onun tərəfdaşları da hədəfdədir. Artıq Azərbaycana qarşı da İrandan təxribatçı fikirlər və açıqlamalar səsləndirilir. Ermənistanda da İsrailə hücuma sevinənlər var. Ancaq İsrail ərazicə kiçik olsa da, hərbi baxımdan güclü dövlətdir. Terrorun miqyasını azaltmağa çalışacaq. Nəticədə HƏMAS-ı dəstəkləyənlər heç nə qazanmayacaq, əksinə bölgəni qarışdırmış olacaqlar".

Politoloq İranın bu qarşıdurmadakı məqsədlərini də sıralayıb:
 
"İranın məqsədi diqqəti özündən yayındırmaq idi. Son zamanlar İsrail ərəb ölkələri ilə sıx əlaqələr qurur, diplomatik münasibətləri bərpa edirdi. İsrail Səudiyyə Ərəbistanı ilə danışıqların son mərhələsinə qədəm qoymuşdu, İran buna da mane olmağa çalışdı. Azərbaycanın İsraildə səfirlik açması İranı narahat edirdi. Sonda bublkarın heç biri nəticə verməyəcək. Yekunda ABŞ İsrailə hərbi dəstəyini daha da artıracaq".
 
Politoloq müharibə geniş miqyas alarsa, Cənubi Qafqazda yarana biləcək müharibənin mənfi təsirlərindən danışıb:
 
"İrandakı bəzi qüvvələr Azərbaycanı hədəf götürə bilərlər. Son hadisələr fonunda beynəlxalq aləmdə Qarabağ mövzusuna maraq azaldı. Bu da bizim xeyrimizədir ki, biz beynəlxalq aləmin bizim məsələlərə qarışmasını istəmirik. Son hadisələr fonunda beynəlxalq aləmin diqqəti Yaxın Şərqdə baş verən hadisələrə köklənəcək".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
13:18 06.10.2026
Paşinyan: TRIPP-in icrasına başlamaq üçün gündəlik işləyirik
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
13:12 06.10.2026
Eldəniz Əmirov: Aqrar qanunun nəticəsi onun tətbiqindən asılı olacaq
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
13:02 06.10.2026
Təcili Yardım Mərkəzinə yeni direktor təyin edildi
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
12:41 06.10.2026
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
12:37 06.10.2026
Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
12:33 06.10.2026
Havalar soyudu, küçə ticarəti dəyişdi – İndi ən çox bunlar satılır
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
12:19 06.10.2026
Yağışlı havalarda sürücülər nələrə diqqət etməlidir? - Ekspertdən vacib tövsiyələr
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
12:14 06.10.2026
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
11:57 06.10.2026
Duracaq və qarajlarla bağlı - Dəyişiklik
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
11:56 06.10.2026
İstanbulda məktəbdə insident: 8 şagird yaralandı
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
11:53 06.10.2026
Qubada 19 kiloqram narkotik vasitə aşkarlandı
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
11:43 06.10.2026
ADNSU müəllimlərinə yüksək məbləğdə mükafat verildi
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
11:38 06.10.2026
Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi - VİDEO
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
11:25 06.10.2026
Yağış yağanda şəhəri kanalizasiya qoxusu bürüyür – Səbəbi nədir?
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
11:18 06.10.2026
Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi
11:09 06.10.2026
VIII Qurultay Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetlərini müəyyənləşdirdi