İsrail “HƏMAS”a qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir

İsrail “HƏMAS”a qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir
DÜNYA
19:59 21.04.2024
137
İsrail yaxın günlərdə Fələstinin radikal "HƏMAS” hərəkatına qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqləri artıracağıq, çünki bu, girovlarımızı azad etmək və qələbəmizə nail olmaq üçün yeganə yoldur”, - o deyib.

Eyni zamanda Netanyahu İsrailin yaxın gələcəkdə Həmas-a əlavə və ağrılı zərbələr endirəcəyini vəd edib.
OXŞAR XƏBƏRLƏR