Oktyabrın 7-dən İsrail təkcə hərbi ehtiyaclara 33,2 milyard dollar xərcləyib.
Bu barədə "New Militarycolumnist" məlumat yayıb.
İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstin HƏMAS təşkilatı ilə müharibənin ilk günlərində qarşı tərəfdən atılan minlərlə raketi dəf etmək üçün "Dəmir qübbə" hava hücumundan müdafiə kompleksindən istifadə edib.
SAXAL oktyabrın 7-dən bu günə kimi 485 hərbçisini itirib. Bundan əlavə İsrailin tank və hərbi texnika itkisi də var. Bunların sayı barədə dəqiq məlumat yoxdur.