İsrail ordusu Hizbullahın dəqiq idarə olunan raket istehsalı müəssisəsinə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu "The New York Times” üəzeti iddiayla çıxış edib.
Məlumata görə, hücum nəticəsində 18 nəfər ölüb.
İsrail məsələ ilə bağlı açıqlama verməsə də, ABŞ rəsmiləri bildirib ki, Tel-Əviv hücumdan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı general Maykl Erik Kurilla da daxil olmaqla yüksək səviyyəli hərbçiləri məlumatlandırıb.
Hücum İsrail ordusu rəsmilərinin Kurillaya İsrail Ordusunun Şimal Komandanlığında Livana qarşı əməliyyat planları barədə məlumat verməsindən sonra baş verib.
Həmçinin bəzi İsrail rəsmilərinin Hizbullahın Suriyada istehsal olunan raketləri İsrailə qarşı istifadə etməsindən narahat olduqları bildirilib.
Mikayıl