İsrail Baş Qərargah rəisi Herzi Halevinin Milli təhlükəsizlik naziri İtamar Ben Qvirə qışqırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə İsrail hökumətinin həftəlik iclasında əsgərlərin Cenin məscidinin qarşısında mikrofonu götürərək yəhudi duaları oxuduqları gündəmə gətirilərkən baş verib.
İfrat sağçı Milli Təhlükəsizlik Naziri Ben-Gvir görüş zamanı əsgərlərə "Bu necə mümkündür? Milçəyi filə çevirdiniz. Bu, əsgərləri incidir" deyə soruşub.
İsrail ordusunun cənub bölgəsinin komandiri Eliezer Toledano "Bu, bizim məsuliyyətimizdir və yalnız bizim səlahiyyətimizdir” cavabını verərkən, Ben Qvir yenidən "Bəli, bəli, sizin səlahiyyət və məsuliyyətinizi artıq eşitmişik”, deyərək cavab verib.
Baş nazir Benyamin Netanyahunun iclası tərk edərək müzakirəyə müdaxilə edərək "Bəsdir” deməsindən sonra müzakirə yenidən başlayıb.
Ben Qvir əsəbi halda:
"Əgər onlar (əsgərləri) uzaqlaşdırsalar, vay halınıza”, - deyə o bildirib.
Daha sonra Baş Qərargah rəisi Herzi Halevi "Məni təhdid etməyin, İsrail ordusunda dəyərlərimin nə olduğuna mən qərar verəcəm” deyərək cavab verib.
Müzakirələrə təhsil naziri Yifat Şaşa-Biton da qoşularaq Ben Qvirə müraciət edib: "Onları daim tənqid etməyi dayandırın”.
Ben Qvir "Əsgərlər zərər görəndə məni tənqid etməyə icazə verilir. Bu, mənim vəzifəmdir", - deyə özünü müdafiə edib.
Halevi də müzakirəyə müdaxilə edərək "Ordu komandiriyəm, əsgərlərin əxlaqi və peşə qaydalarını mən təyin edəcəyəm” deyib. .
İsrailin müdafiə naziri Yoav Qallant bu müzakirədən sonra X platformasındakı paylaşım edərək "İsrail dövləti və ordusu çətin, mürəkkəb müharibə zamanı cəsur, əxlaqlı və təcrübəli bir qərargah rəisi qazanıb", - söyləyib.
Ben Qvir öz yazısında ona tənqidi çatdırmağın icazəli, arzuolunan və zəruri olduğu ilə bağlı cavab verib.
Mikayıl