Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində axtarışda olan 524 fələstinlini həbs edib.
Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, bu şəxslərdən 330-dan çoxunun HAMAS-la əlaqəsi var.
Son sutka ərzində HAMAS-ın 63 üzvünün həbs olunduğu qeyd olunub.
IDF-nin məlumatına görə, son günlər İordan çayının qərb sahilində Müdafiə Qüvvələri ilə fələstinlilər arasında bir neçə toqquşma olub.
Fələstin dövlətinin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri ən azı 69 fələstinli İordan çayının qərb sahilində İsrail hərbi qüvvələri və bu ərazidə məskunlaşdırılan İsrail vətəndaşları tərəfindən öldürülüb.
///Apa