İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib

İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
DÜNYA
18:23 22.06.2025
271
Bu gün səhər İsrail Hərbi Hava Qüvvələri 30 qırıcı təyyarə ilə İranın 4 ostanına zərbə endirib.

Bu barədə İsrail Ordusu məlumat yayıb.

İranın İsfahan, Buşehr, Ahvaz və ilk dəfə Yəzd ostanlarında raket və pilotsuz uçuş aparatlarının (PUA) yerləşdiyi hərbi obyektlər hədəf olub. Hədəflərə 60 sursat atılıb.

Qeyd edilib ki, Yəzddə hədəf "Kheibar Shekan" raketlərinin saxlanıldığı "İmam Hüseyn" strateji raket qərargahı olub. Məhz buradan bu gün İsrailə ilk dəfə orta mənzilli "Kheibar Shekan" raketləri atılıb.

İsfahan, Buşehr və Ahvazda isə hədəf raket buraxılışı qurğuları, hava hücumundan müdafiə sistemləri, qərargahlar olub.
 
/APA
OXŞAR XƏBƏRLƏR