İsrail İranın Dəməşqdəki konsulluğuna raket zərbəsi endirdi: Azı 5 nəfər həlak oldu

İsrail İranın Dəməşqdəki konsulluğuna raket zərbəsi endirdi: Azı 5 nəfər həlak oldu
DÜNYA
21:54 01.04.2024
226
İsrailin Suriyanın paytaxtında İran konsulluğuna endirdiyi hava zərbəsi nəticəsində azı 5 nəfər həlak olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbəri deyib.

Əkbəri təsdiqləyib ki, hücum binada olan iranlı diplomatların və hərbi müşavirlərin ölümünə səbəb ola bilər.

İranın dövlət televiziya kanalı "Press TV"nin məlumatına görə, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahidi və onun müavini həlak olub. Zahedi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır. Zahedi 2005-2008-ci illərdə İran İnqilabı Keşikçiləri Korpusunun quru qüvvələrinin komandanı, 2008-2016-cı illərdə isə Əl-Qüds qüvvələrinin Livan və Suriyadakı bölmələrinə komandanlıq edib.
OXŞAR XƏBƏRLƏR