İsrail İranın Dəməşqdəki səfirlik binası yaxınlığına hücum etdi - 7 ölü, 11 yaralı

DÜNYA
23:38 08.10.2024
411
İsrail HHQ Dəməşqin qərbindəki Mezzeh məhəlləsində bir yaşayış binasına raket hücumu edib.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Mənbəyə görə, hücum İranın Suriyadakı səfirliyinin inzibati binası yaxınlığında baş verib. Qeyd olunub ki, hücumda əsas hədəf 800 metr aralıda yerləşən İran səfirliyinin binası olub.

Hadisə nəticəsində 7 nəfərin öldüyü, 11 nəfərin yaralandığı açıqlanıb.

Açıqlamada ölən və yaralananlar arasında qadın və uşaqların olduğu bildirilib.

Xatırladaq ki, aprelin 1-də İsrail təyyarələri İranın Suriyadakı səfirliyinin konsulluq bölməsinin yerləşdiyi Mezzeh küçəsindəki binaya zərbələr endirib. Hücum nəticəsində İnqilab Keşikçiləri Korpusunun 7 İran hərbi müşaviri və 6 Suriya vətəndaşı həlak olub.
OXŞAR XƏBƏRLƏR