“İsrail işğalçı bir terror dövlətidir” — Ərdoğan

“İsrail işğalçı bir terror dövlətidir” — Ərdoğan
DÜNYA
19:32 10.12.2017
1397
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sivas şəhərində keçirilən tədbirdə ABŞ-ın Qüds qərarı ilə bağlı növbəti çıxışını edib.
 
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Ərdoğan 1947-ci ildən etibarən Fələstinin İsrail tərəfindən işğala məruz qaldığını deyib.
 
O, Trampa səslənərək onun etdiyi səhvə düşməyəcəklərini bildirib:
 
"İslam dünyasının Qüds məsələsində həssaslığı bilinməsinə baxmayaraq, ABŞ-ın qərarı sülhə, sabitliyə və təhlükəsizliyə qarşı addımdır. Qüdsü uşaq qatili bir ölkənin insafına buraxmayacağıq”.
 
Qeyd edək ki, BMT Təlhükəsizlik Şurasının 1980-ci ildə qəbul etdiyi 478 saylı qətnaməsində İsrailin Qüdsü paytaxtı elan edilməsi qanunsuz hesab edilib. Tramp bir neçə gün öncə bu qətnaməni pozaraq Qüds İsrailin paytaxtı kimi tanıyıb.
OXŞAR XƏBƏRLƏR