İsrail Livana zərbə endirib, ABŞ vətəndaşı və üç övladı ölüb

İsrail Livana zərbə endirib, ABŞ vətəndaşı və üç övladı ölüb
DÜNYA
18:46 22.09.2025
320
İsrailin pilotsuz uçuş aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb.

Bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hücum zamanı daha 2 nəfər isə yaralanıb.

Livan parlamentinin sədri Nəbih Berri aviazərbələrdə ABŞ vətəndaşı olan ata və üç övladının həlak olduğunu bildirib.

Onun sözlərinə görə, uşaqların anasının vəziyyəti ağırdır.

İsrail ordusu isə açıqlamasında hücum zamanı Hizbullah üzvünün hədəf alındığını açıqlayıb.
 
apa
OXŞAR XƏBƏRLƏR