İsrail Livanda Hizbullahın daha bir məntəqəsini vurdu

İsrail Livanda Hizbullahın daha bir məntəqəsini vurdu
DÜNYA
12:56 13.11.2023
175
"Hizbullahın hücumları davam edəcəyi təqdirdə Qəzzada baş verənlərin eynisi Beyrutdə də baş verəcək".

AZXEBER.COM xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
 
Məlumata görə, İsrail Hərbi Hava Qüvvələri Livana hücumlarını artırıb və bu dəfə Hizbullahın hərbi birləşmələrini və silah anbarlarını hədəfə alıb.

İsrail Hərbi Hava Qüvvələrindən verilən açıqlamada deyilir:
 
"Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Hizbullaha aid müxtəlif hədəflərə, o cümlədən silah anbarlarına və hərbi infrastruktura malik hərbi kompleksə hücum edib. Hücum edilən hədəflər arasında Hizbullahın hərbi infrastrukturları olub" - deyə məlumatda bildirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR