İsrail Livanın cənubuna hava zərbəsi endirdi, 4 nəfər öldü

İsrail Livanın cənubuna hava zərbəsi endirdi, 4 nəfər öldü
DÜNYA
13:03 06.08.2024
117
İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hava hücumunda 4 nəfər ölüb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölənlərlə bağlı açıqlama yayıb.
 
Açıqlamada bildirilib ki, Livanın Mayfadun qəsəbəsində bir evə hava hücumu nəticəsində 4 nəfər həlak olub.
Hiyam qəsəbəsinə edilən hücumda 1 nəfərin öldüyü, 1 nəfərin yaralandığı bildirilib.

Ölən və yaralananların kimliyi ilə bağlı ətraflı məlumat verilməyib.

Oksana
OXŞAR XƏBƏRLƏR