İsrail ordusunun Livanın sərhəd bölgəsini raketlərlə vurduğu bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail qüvvələri Livanın cənubundakı sərhəd bölgəsində yerləşən Ayta əş-Şaab qəsəbəsi ətrafını raketlərlə vurub.
Hücum nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı məlumat verilməyib.
Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.
Ayşən