İsrail Londonla əməkdaşlığı dayandıra bilər

İsrail Londonla əməkdaşlığı dayandıra bilər
DÜNYA
08:56 08.08.2025
202
London Fələstini tanıyarsa, İsrail Böyük Britaniya ilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı dayandıracaq.

Bu haqda "Times” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət Böyük Britaniyanın gələn ay Fələstinin tanınması prosesini davam etdirəcəyi təqdirdə bu addımı variantlardan biri kimi nəzərdən keçirir.

"London diqqətli olmalıdır. Çünki Netanyahu və nazirlərinin istifadə edə biləcəkləri kartlar var. İsrail Böyük Britaniya ilə tərəfdaşlığını yüksək qiymətləndirir. Lakin son qərarlar onun təzyiq altında olması deməkdir və İsrail hökuməti cavab addımları atmağa qərar verərsə, Böyük Britaniyanın itirəcəyi çox şey var", - mənbə bildirib.

/APA
OXŞAR XƏBƏRLƏR