İsrail məşhur fələstinli fəalı azad edəcək

İsrail məşhur fələstinli fəalı azad edəcək
DÜNYA
10:37 30.11.2023
159
HƏMAS ilə əldə olunan razılaşma çərçivəsində bu gün axşam saatlarında İsrail həbsxanalarından buraxılması gözlənilən məhbusların adları açıqlanıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, azad edilənlər arasında ictimaiyyət arasında cəsur fələstinli qız kimi tanınan məşhur fəal Ahid Tamimi də var.

Sərbəst buraxılacaq fələstinli məhbuslardan 15-nin uşaq, 15-nin qadın olduğu qeyd edilib.

Ahid Tamimi 2017-ci ildə İsrail qüvvələri tərəfindən həbs edilib və 8 ay həbsdə yatıb.

Tamimi noyabrın 6-da İsrail qüvvələri tərəfindən həbs edilib.

Xəbərdə Qəzza zolağında hələ də 146-sı İsrail, 15-i isə xarici ölkə vətəndaşı olmaqla 161 məhbus olduğu bildirilib.

Əsirlərin 126-nın kişi, 35-nin qadın olduğu qeyd edilib.
 
Qeyd edək ki, İsrail və HƏMAS arasındakı münaqişələrdə humanitar fasilə ilə bağlı razılaşma cümə günü, noyabrın 24-də yerli vaxtla saat 07:00-da (GMT 08:00) qüvvəyə minib.

"Humanitar axtarış” və məhbus mübadiləsi noyabrın 27-də eyni şərtlərlə daha 2 gün uzadılıb. Bu çərçivədə dünən daha 10 israilli və 30 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR