İsrail mətbuatında çıxan xəbərlərə görə, İsrail tərəfi Qəzzada başlayan humanitar fasilənin uzadılmasını qəbul edə bilər.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bölgədə qısamüddətli atəşkəs razılaşması çərçivəsində əsir mübadiləsi davam edir.
Bu prosesdə humanitar fasilənin uzadılması istiqamətində danışıqlar davam etdirilir.
İsrailin dövlət televiziyası KAN-da yayımlanan xəbərdə tərəflər arasında davam edən danışıqlarda Qəzza zolağındakı qarşıdurmalarda humanitar fasilənin bir neçə gün daha uzadılmasını və daha bir neçə gün uzadılmasını ehtiva edən razılaşmanın müzakirə edildiyi bildirilib.
Ayşən