Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqladığı yeni Nazirlər Kabinetində Xarici İşlər Naziri vəzifəsinə təyin olunan MİT-in keçmiş direktoru Hakan Fidan İsrail mətbuatında da geniş əks-səda doğurub.
AZXEBER.COM İsrail mətbuatına istinadən xəbər verir ki, Hakan Fidan barəsində Jerusalem Post qəzeti heyrətamiz təhlil yazıb.
"Türkiyənin yeni xarici işlər naziri İsraillə əməkdaşlıqda böyük rol oynayıb” başlıqlı məqalədə "Fidan uzun illərdir Ankara-Qüds əlaqələrinin əsas oyunçusudur” yazılıb. İsrail Regional Xarici Əlaqələr İnstitutunun rəhbəri Nimrod Goren Mitvim-in fikirlərinin yer aldığı məqalədə Fidanın gərginlik dövründə belə İsrail kəşfiyyatı rəhbərliyi ilə əlaqə saxladığı bildirilib.
Məqalədə Fidanın oynadığı əsas rola diqqət çəkilmiş və aşağıdakı ifadələrə yer verilib:
"Hakan Fidan son illərdə İsrail və Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq üçün atılan addımlara rəhbərlik edir. Ərdoğan vəzifəyə gəldiyi gündən bəri təhlükəsizlik strategiyasındadır. O, Türkiyənin bölgədəki əlaqələri ilə bağlı bütün mərkəzi məsələlərə toxunub. Fidanın böyük təcrübəsi və biliyi var”.
Məqalədə qəzetin "Türkiyə-İsrail yaxınlaşmasında rol oynamış prezident İsaak Hersoqun etibarlı adamı” kimi qələmə verdiyi ravvin Mark Şnayerin də fikirləri yer alıb. "Fidan İsrailin HƏMAS-la bağlı narahatlıqları da daxil olmaqla, müxtəlif mövzularda İsrail kəşfiyyatı ilə birbaşa danışıqlarda iştirak edib”, - deyə Schneier bildirib.
Qeyd edək ki, bundan öncədə Almaniya mətbuatına Hakan Fidanla bağlı müxtəlif yazılar dərc edilib.
Mikayıl










































