İsrail ordusu öz əsgərlərini Misirlə həmsərhəd olan Qəzzaya yerləşdirmək istəyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Təl-Əvivin bu niyyəti Qahirədə reaksiya ilə qarşılanıb. İsrail Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet direktoru Ronen Barı Misirə göndərib.
ABŞ mərkəzli "Axios” xəbər saytı Barın dünən Qahirədə Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil ilə görüşdüyünü yazıb.
İsrailin Qəzzanın Rəfah şəhərinə əsgər göndərmə planları gündəmə gəldiyi üçün Barın səfərinin iki ölkə arasında artan gərginlikdən sonra gəldiyi qeyd edilib.
Bildirilib ki, Kamil və Bar arasında keçirilən görüşdə İsrail ordusunun Qəzzanın Misir sərhədinə yaxın bölgələrə hücumları müzakirə edilib.
Görüş zamanı İsrailin Qəzzaya hücumlarından sonra bölgənin gələcəyi ilə bağlı planların da müzakirə edildiyi bildirilib.
Gülay