İsrail Müdafiə Qüvvələri: "Qadın və uşaqları əsir götürmək İslama ziddir"

İsrail Müdafiə Qüvvələri: "Qadın və uşaqları əsir götürmək İslama ziddir"
DÜNYA
10:53 09.10.2023
170
Dünən Yaxın Şərqi qarışdıran hücumlardan sonra İsrail Müdafiə Qüvvələrindən çox sərt açıqlama gəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari verdiyi açıqlamada bölgədəki son hadisələri qiymətləndirib.

İsrail Müdafiə Nazirliyinin sözçüsü mətbuata açıqlamasında HƏMAS-ın hərəkətlərinin beynəlxalq hüquqa zidd olduğunu və müharibə cinayəti olduğunu bildirib.

"Həmasın vəhşi hücumu müharibə cinayətidir. Qadın və uşaqları əsir götürmək beynəlxalq hüququ pozur və İslama ziddir. Bu aksiyalarda kim iştirak edibsə, əvəzini ödəyəcək. Müharibə ağırdır və qarşıda çətin günlər var”.

Ayşən
OXŞAR XƏBƏRLƏR