İsrail müharibəyə 4 saat fasilə verdi - Mülki əhali Qəzzanı tərk edir

İsrail müharibəyə 4 saat fasilə verdi - Mülki əhali Qəzzanı tərk edir
DÜNYA
18:08 10.11.2023
223
İsrail blokada altındakı Qəzza zolağının şimalındakı mülki əhalinin ərazini tərk etməsinə icazə vermək üçün  hücumlara 4 saatlıq fasilə verməyə razılaşıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Belə ki, İsrail bu addımın atəşkəs olmadığını vurğulayıb. 

Digər tərəfdən, İsraildəki ifrat sağçılar 4 saatlıq fasilənin  ciddi səhv olacağını iddia ediblər. 

"Əl-Cəzirə"nin müxbiri Hamdah Salhut Ağ Evin elan etdiyi prosesin İsrail ordusu tərəfindən taktiki fasilə olaraq xarakterizə edildiyini və qırğın siyasətində bir dəyişikliyə işarə etmədiyini bildirib. 

Qəzzanın şimalında yaşayanlara bombardmanın dayandırılacağı ilə bağlı üç saat əvvəldən məlumat veriləcəyini bildirən "Əl-Cəzirə"nin müxbiri həm 41 kilometrlik sahil zolağının cənubuna getmək istəyənlərin, həm də evlərini tərk edə bilməyənlərin dörd saat aralıqdan istifadə edə biləcəklərini vurğulayıb. 

Qeyd edək ki, İsrail 10 mindən çox insanın öldüyü müharibədə atəşkəs çağırışlarını qəbul etməkdən imtina edib.

Oksana
OXŞAR XƏBƏRLƏR