İsrail Müdafiə Ordusunun Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Cənub Komandanlığı ilə birgə keçirdiyi əməliyyatda Fələstinin HƏMAS hərəkatının hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb.
Bu barədə İsrail Ordusunun məlumatında deyilir.
Qeyd olunur ki, ordu HƏMAS-ın hərbi-dəniz qüvvələrinə qarşı hərbi əməliyyatlar keçirir. İsrail ordusu hərbi gəmilər, silah anbarları və HƏMAS-la əlaqəli digər aktivlər də daxil olmaqla, çoxsaylı terrorçu hədəfləri məhv edir.
/Report