İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib

İsrail ordusu Beyrut ətrafındakı “Hizbullah” obyektlərinə zərbələr endirdiyini bildirib
DÜNYA
03:49 06.06.2025
845
İsrail hərbçiləri Beyrut ətrafındakı "Hizbullah” təşkilatının obyektlərinə zərbələr endirməyə başlayıb.

Bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

Bəyanata əsasən, zərbələrin hədəfi Dahiyədə – Livan paytaxtının cənubunda "Hizbullah”ın silahlı qanadının 127-ci hərbi-hava bölməsinin obyektləridir.

Bundan bir qədər əvvəl İsrail ordusu hədəflərin yerləşdiyi rayonların sakinlərinə evlərini dərhal tərk etmək tələbi ilə müraciət etmişdi. İsrail sonuncu dəfə Beyrut ətrafına aprel ayının sonunda zərbələr endirib, o vaxtdan bəri yalnız Livanın cənub rayonları atəşə tutulub.

Daha sonra "Al Jazeera” telekanalı İsrailin qırıcı təyyarələr və dronlardan istifadə edərək Beyrut cənub ətrafına 17 zərbə endirdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR