İsrail ordusu bu ərazilərdə möhkəmlənir - Danışıqlar dalana dirənib

DÜNYA
14:56 04.09.2024
136
İsrail ordusu Cenin və Tülkərimdə hərbi gücünü artırır.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.
 
Məlumata görə, İsrail ordusu Cenin qaçqın düşərgəsində bir neçə fələstinlini saxlayıb və dindirib. Həmin fələstinlilər daha sonra sərbəst buraxılıb.

Digər tərəfdən HƏMAS, İslami Cihad və Fəth qruplarının ayrı-ayrılıqda verdiyi açıqlamalarda Tülkərimdə İsrail qüvvələri ilə qarşıdurmaların olduğu bildirilib.
 
Ötən həftə İsrail ordusu İordan çayının qərb sahilinin şimalında son 20 ildə ən böyük hərbi əməliyyata başlayıb.

İndiyədək basqınlarda ən azı 33 nəfər həyatını itirdiyi halda, bölgədə böyük dağıntılar yaşanıb.

Hücumlar atəşkəs danışıqlarının dalana dirəndiyi dövrə təsadüf edib.

Qeyd edək ki, HƏMAS və İsrail arasında əsir mübadiləsi və atəşkəs haqqında razılığa gəlmək üçün aylardır Doha və Qahirədə danışıqlar aparılır.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR