İsrail ordusu Cenin şəhərində radikalların 23 binasını partladıb

İsrail ordusu Cenin şəhərində radikalların 23 binasını partladıb
DÜNYA
03:33 03.02.2025
296
İsrailin Müdafiə Ordusu Cenin şəhərində fələstinli radikallar tərəfindən hərbi məqsədlər üçün istifadə edilən 23 bina və tikilini partladıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Təhlükəsizlik qüvvələri terror obyektlərinin yerləşdiyi 23 binanı dağıdıb”, - məlumatda bildirilir.

Ordudan qeyd olunub ki, binaların dağıdılması İordan çayının qərb sahilinin şimalında yanvardan davam edən antiterror əməliyyatı çərçivəsində həyata keçirilib.
OXŞAR XƏBƏRLƏR