İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının mühüm qalasının ələ keçirildiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Nəşrin məlumatına görə, Givati Briqadasının əsgərləri baza üzərində nəzarəti bərqərar edib, orada çoxlu sayda əməliyyat xəritələri və komanda sənədləri, o cümlədən terror təşkilatının hazırkı komandirlərinin şəxsi məlumatları aşkar edilib.
Ordunun mətbuat xidməti bildirib ki, aşkar edilən bütün məlumatlar İsrail tərəfinin HƏMAS-a qarşı döyüşlərdə uğur qazanması üçün vacib ola bilər.