İsrail Ordusu İrana qarşı yeni genişmiqyaslı silsilə hücumlara başladığını elan edib. Bu barədə ordunun press-relizində bildirilir. "İsrail Ordusu İrana qarşı genişmiqyaslı silsilə hücumlara başlayıb", - bəyanatda deyilir. İsrail Ordusu hücumların hədəflərinin İranın raket qurğuları və hava hücumundan müdafiə sistemləri olduğunu açıqlayıb. /report