İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib

İsrail ordusu İranın raket istehsalı obyektlərinə və komanda mərkəzlərinə zərbələr endirib
DÜNYA
18:10 17.03.2026
141
İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı İranın Tehran, Şiraz və Təbrizdə yerləşən hərbi obyektlərə növbəti hava zərbəsi dalğasını tamamlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Məlumata görə, İslam Respublikasının paytaxtında təhlükəsizlik qüvvələrinin qərargahlarına, o cümlədən Kəşfiyyat Nazirliyinə və "Bəsic”in qərargahına zərbələr endirilib.

Bundan əlavə, dronların, ballistik raketlərin və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin saxlanıldığı obyektlər də hədəfə alınıb.

Cənub-qərbi İranda yerləşən Şirazda zərbələrin hədəfi daxili təhlükəsizlik komandanlığı qərargahı və ballistik raketlərin saxlanıldığı obyekt olub.

Təbrizdə isə İsrail qırıcıları üçün hava məkanını təhlükəsiz etmək məqsədilə HHM sistemləri məhv edilib.
OXŞAR XƏBƏRLƏR