İsrail ordusu: Qəzzada 48 əsgər həlak olub

İsrail ordusu: Qəzzada 48 əsgər həlak olub
DÜNYA
12:11 15.11.2023
140
Qəzzada öldürülən İsrail əsgərlərinin sayı açıqlanıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzanın şimalında davam edən qarşıdurmalarda daha iki İsrail əsgəri həlak olub. Dörd əsgər ağır yaralanıb.

31 oktyabrdan bu yana öldürülən İsrail əsgərlərinin sayının 48-ə yüksəldiyi açıqlanıb. 

Ordudan verilən açıqlamada Qəzzanın şimalında baş verən qarşıdurmalarda daha 2 əsgərin öldüyü bildirilib. Şiddətli toqquşmalar nəticəsində 4 İsrail əsgərinin ağır yaralandığı bildirilib. 

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə, xüsusilə də Məscid-i Kərimə qarşı davamlı pozuntularına cavab verdiyini əsas gətirərək hərtərəfli hücuma keçib.

Ayşən

OXŞAR XƏBƏRLƏR