İsrail ordusu Qəzza zolağının cənubunda xilasetmə əməliyyatı zamanı daha bir girovu azad edib.
Bu barədə Times of İsrael məlumat yayıb.
Qeyd olunub ki, 52 yaşlı Kaid Fərxan əl-Kadi xüsusi təyinatlılar tərəfindən Qəzzanın cənubunda tuneldə aşkar olunub.
Onun sağlıq durumunun qənaətbəxş olduğu əlavə olunub.
///apa